
Kasım-Jomart Tokayevin sədrliyi ilə Qazaxıstan Respublikası Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib.
İclasda Milli Təhlükəsizlik Strategiyasının həyata keçirilməsi məqsədilə qəbul edilmiş Milli Təhlükəsizlik Risklərinin İdarə Edilməsi üzrə 2021-2025-ci illər üçün Tədbirlər Planına uyğun olaraq ötən il görülmüş işlərin yekunlarına baxılıb.
Hökumət və bir sıra sahə dövlət qurumlarının rəhbərləri əsas göstəricilərin icrası barədə məlumat vermişlər. Şura iclasında hələ də həllini gözləyən məsələlər, o cümlədən ictimai, iqtisadi, ekoloji və informasiya təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə olunub.
"Prezident diqqətə çatdırıb ki, Milli Təhlükəsizlik Strategiyasının icrası konkret nəticələrlə qiymətləndirilməlidir. Bu, cəmiyyət üçün böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, bütün sahələrin inkişafında vətəndaşların və dövlətin təhlükəsizlik amili nəzərə alınmalıdır", - müraciətdə deyilir.
Görüşdə həmçinin terrorizm və ekstremizmlə mübarizənin aktual məsələləri müzakirə olunub.
Milli Təhlükəsizlik Komitəsinin sədri Yermek Sağımbayev terror və ekstremist aktlar təhlükəsinin azaldılması, o cümlədən terrorizmə qarşı müdafiənin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
İclasın yekunu üzrə dövlət orqanlarına konkret tapşırıqlar verilib.