Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yevlax şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasında bayram tədbiri keçirilib

Yevlax şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasında bayram tədbiri keçirilib


Yevlax şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasının təşkilatçılığı ilə müəssisənin 2024-2025-ci ilin “Fəaliyyət Planı”na uyğun olaraq Novruz bayramına həsr olunmuş "Hər tərəf yaşıllaşır, yurdumuza yaz gəlir" adlı bayram tədbiri keçirilib.

Newscenter.az xəbər verir ki, bayram tədbirində Yevlax şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Aytən Kərimli, ATİAHİ Yevlax rayon komitəsinin sədri Əfsanə Səlimova , valideynlər, körpələr və uşaqlar iştirak ediblər.

Tədbirdə bağçanın körpələrinin iştirakı ilə pedaqoji kollektivi tərəfindən hazırlanmış milli adət ənənələrimizi özündə əks etdirən səhnəciklər, rəqslər nümayiş etdirilmiş və şeirlər səsləndirilib.

Sonda ATİAHİ Yevlax rayon komitəsi tərəfindən müəssisənin körpə və uşaqlarına hədiyyələr təqdim edilib.



Anar Əliyev
Xəbəri paylaş