
Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı, İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlunun həbs qərarı ilə bağlı münasibət bildirib.
Newscenter.az-ın xəbərinə görə, Bahçeli deyib ki, İstanbul Böyükşəhər Bələdiyyə Başçısı ilə bağlı verilən məhkəmə qərarına səbirlə və sağlam düşüncə ilə yanaşmaq lazımdlr. MHP sədrinin sözlərinə görə, qanunla veriləcək hər bir qərara hörmətlə yanaşmaq gərəkdir və məsuliyyətli olmaq zəruridir.
Baxçalı açıqlamasında Türkiyə Cümhuriyyətinin demokratik və sosial hüquqi dövlət olduğunu vurğulayıb.
Mehman Mehdiyev