
MDB ölkələrində Avrasiya Rus Dilinə Dəstək Assosiasiyası yaradılacaq.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, gələcək platforma “Rossiya Seqodnya” media qrupunun mətbuat mərkəzində dəyirmi masada müzakirə edilib.
Rusiya Federasiyasının təhsil naziri Sergey Kravtsovun iştirakı ilə burada ekspertlər - filoloqlar, ictimai birliklər toplaşıb. Nazirin sözlərinə görə, bu, ənənəvi mənəvi-əxlaqi dəyərlərin, təhsil proqramlarının, rus mədəniyyətinin öyrənilməsi üçün infrastrukturun təbliği üçün platforma olacaq.
Tədbirdə rus dilini və mədəniyyətini dəstəkləyən mərkəzlərin əsas vəzifələri vurğulanıb. Bunlar ənənəvi mənəvi-əxlaqi dəyərlərin təbliği, təhsil müəssisələrinin rusdilli dərsliklər və bədii ədəbiyyatla təmin edilməsi və rus dili kabinetlərinin təchiz edilməsi, müəllimlərin peşəkar inkişafının təşviqi, rus dilini və mədəniyyətini dəstəkləməyə yönəlmiş ölkələrdə ictimai və biznes təşkilatlarının nümayəndələrinin birliyinin yaradılması, gənclərin və rus yazıçılarının görüşlərinin keçirilməsidir.
Həmçinin təhsil müəssisələrində rus dili kabinetlərinin təchiz edilməsi, rus dili müəllimlərinin ixtisasartırma məktəbinin fəaliyyətə başlaması, şagirdlər üçün xarici dil kimi rus dilində beynəlxalq olimpiadanın təşkili, postsovet məkanından olan gənclər üçün rus yazıçıları ilə görüşlərin təşkili də nəzərdə tutulur.
Bundan əlavə, MDB ölkələrindən olan tələbələr arasında “Sinif dostluğu” proqramının həyata keçirilməsi planda əksini tapıb.
Mehman Mehdiyev