Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan və Mərakeş vizasız rejimə keçir

Qazaxıstan və Mərakeş vizasız rejimə keçir


Qazaxıstan və Mərakeş arasında vizasız rejim qüvvəyə minib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, hər iki ölkənin vətəndaşları bir ay ərzində pasportlarına viza möhürü vurulmadan qarşılıqlı şəkildə səfər edə bilərlər.

Bu, Qazaxıstan hökuməti tərəfindən ratifikasiya olunmuş ikitərəfli saziş sayəsində mümkün olub. Bundan əlavə, pasportlar müddəti bitənə qədər ən azı üç ay etibarlı olmalıdır.

Sənəd Qazaxıstan və Mərakeş vətəndaşlarına ölkədə qalma müddəti 180 günlük müddət ərzində 30 gündən çox olmamaq şərti ilə hər bir ölkənin sərhədlərini vizasız sərbəst keçməyə icazə verir.

Mehman Mehdiyev
Xəbəri paylaş