
Milli Məclisin deputatı Mahir Süleymanlı Novruz bayramı günlərində Şabran rayonunda şəhid ailələrini ziyarət edərək onları bayram münasibətilə təbrik edib, qayğı və ehtiyacları ilə maraqlanıb.

Newscenter.az xəbər verir ki, ailələri narahat edən bəzi məsələlər elə yerindəcə həll edilib, digər müraciətlər isə aidiyyəti dövlət qurumlarına yönləndirilməsi üçün qeydə alınıb.

Deputat qeyd edib ki, Şəhid ailələrinin rifahı və sosial problemlərinin həlli daim dövlətimizin diqqət mərkəzindədir və biz də bu istiqamətdə səylərimizi əsirgəməyəcəyik.
Süleyman