
"Çin və Rusiyanın əməkdaşlığı üçüncü ölkələrə qarşı yönəlməyib",
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Çinin xarici işlər naziri Van Yi Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı bildirib.
O deyib ki, Moskva ilə Pekin arasındakı dostluq uzunmüddətli xarakter daşıyır.
Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, Moskva və Pekin BMT, BRİKS, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) kimi bir çox beynəlxalq platformalarda birgə, uğurla işləyir. O, həmçinin Çin sədri Si Cinpinin may ayında Rusiyaya səfərini səbirsizliklə gözlədiyini bildirib.
Anar Əliyev