
Qazaxıstan hökuməti insanları alış-veriş zamanı qəbz tələb etməyə təşviq etmək üçün lotereya təklif edir.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu gün hökumətin iclasında baş nazirin müavini və milli iqtisadiyyat naziri Serik Jumanqarin bu barədə bildirib. O deyib ki, pərakəndə satış obyektlərində daha az qəbz verilir.
Bununla bağlı Baş nazirin müavini nəzarət-kassa aparatlarının təcili yenilənməsinin vacibliyini vurğulayıb. O, həmçinin bankları insanları qəbz almağa həvəsləndirmək üçün birgə işləməyə çağırıb:
""Əhalini qəbz almağa həvəsləndirmək lazımdır. Hesab edirəm ki, bu təşəbbüsləri banklar vasitəsilə daha tez həyata keçirmək olar. Biz öz tərəfimizdən istənilən uduşu maliyyələşdirməyə hazırıq. Məsələn, bunu milli lotereya operatoru vasitəsilə etmək olar", -deyə Jumanqarin bildirib.
Anar Əliyev