Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pezeşkiyanın Azərbaycana səfəri mühüm və effektiv olacaq

Pezeşkiyanın Azərbaycana səfəri mühüm və effektiv olacaq


"Yaxın günlərdə İran prezidenti Məsud Pezeşkiyan Azərbaycana səfər edəcək. Bu,olduqca mühüm və effektiv səfər olacaq".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Kamal Əliyev deyib. O bildirib ki, Azərbaycan bütün qonşularıyla müsbət münasibətləri qorumalıdır:

"Vaxtaşırı qonşularla münasibətlərdə xoşagəlməz hallar yaşansa da, bunları öz aramızda həll etməliyik".

Politoloq hesab edir ki, hazırda ABS-in və İsrailin İranla baglı bəzi planları var:

"Əgər həm ABŞ, həm də İsrail İrana hücum edərsə, bunun agır nəticələrini biz də yaşaya bilərik. Bu səbəbdən, diqqətli olmalı,Azərbaycan əsilli Pezeşkiyanın bu prosesdən zərərsiz çıxmasına çalışmalıyıq".

Anar Əliyev
Xəbəri paylaş