Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qərbin Ermənistana himayədarlığı

Qərbin Ermənistana himayədarlığı



Son zamanlar Ermənistana intensiv silah və hərbi yüklərin daşınması, rəsmi İrəvanın tez tez ABŞ la birgə hərbi təlimlərdə iştirak etmə, müxtəlif Qərb ölkələri ilə hərbi əməkdaşlıq müqavilələrinin imzalanması, itirilmiş Rusiya və KTMT kimi hərbi dayaqlar əvəzində yeni güc mərkəzləri tapmaq və diplomatik münasibətlər qurmaq bir çox məsələni gündəmə gətirir.

Ermənistanın Azərbaycana qarşı yaxın gələcəkdə yenidən ərazi iddiaları qaldırması, hərbi müdaxilə etməsi və təxribatlar törədib rəsmi Bakını sanksiyalar və qətnamələr hədəfinə çevirməsi, Cənubi Qafqazda NATO nun dəstəklədiyi Ölkə olaraq Azərbaycan və Türkiyəyə qarşı güc mərkəzi olmaq.

Ermənistanın Azərbaycanla sülh sazişinə çalışması da əslində pərdəarxası məqama diqqət etməyi zəruri edir.

NATO nun 5 ci maddəsinə əsasən bu alyansa üzv olmaq istəyən ölkənin başqa bir ölkə ilə ərazi münaqişəsi olmamalı, dövlət müharibə vəziyyətində statusu daşımamalıdır.

Ermənistan Parlamenti artıq Avropa İttifaqına üzvlük üçün xüsusi fəaliyyətə başlamışdır. NATO nun sabiq Baş Katibi Anders Rasmussenin rəsmi İrəvana səfəri, sülh sazişi məsələsində Azərbaycana tələb irəli sürməsi də əbəs yerə deyil - sülh sazişinin bağlanması ilə NATO a Ermənistanı qəbul edib, həm Cənubi Qafqazda mövcud olmaq, həm də Rusiyaya qarşı cənub sərhədlərində ABŞ - NATO bazaları yaratmaq.

Erməni lobbisinin fəaliyyəti də Qərb təşkilatlarının qərarlarında az rol oynamır. Fransa, ABŞ kimi güc mərkəzlərində erməni lobbisinin sistemli və mütəşəkkil şəkildə fəaliyyət göstərən qolları var və bu qruplar müxtəlif biznesmen, siyasi xadim və ziyalıları pul, vəzifə kimi vasitələrlə anti Türkiyə və anti Azərbaycan məzmunlu fəaliyyətlərdə qərar qəbul edənlər, təşkilatçı kimi istifadə edirlər.
Qərb təşkilatlarının Ermənistana dəstəyi məhz bu lobbinin və bu qrupların, şəxslərin təşəbbüsü ilə də həyata keçirilir.

Qaldı ki, Zəngəzur dəhlizinin Qərbin nəzarətinə keçməsinə, bu dəhlizə nəzarətin bir neçə geopolitoloji əhəmiyyəti var

1) İran-Rusiya tranzit keçid yollarının nəzarətə keçməsi deməkdir.
İran və Rusiya arasında əsas yükdaşıma quru yolunun əsasən məhz zəngəzur dəhlizi və Mehri rayonundan keçdiyi məlumdur.
digər tərəfdən, Yaxın Şərq və İrana nəzarət etmək üçün həm Zəngəzur dəhlizi həm də ümumilikdə Ermənistan dayaq məntəqəsi rolu oynayır.

Çünki, burada yerləşdiriləcək hərbi bazalar ətraf regionun izlənməsini asan edəcək və İran kimi Rusiyanın hərbi siyasi müttəfiqinin rəsmi Moskva ilə əməkdaşlığı nəzarət altında olacaq
həm də yaxın şərqdə hər iki hegemon ölkənin güclənməsinə müdaxilə edə biləcək.

2)Azərbaycan Türkiyə və Türk Ölkələrinin yaxınlaşması fonunda gələcəkdə Turan İttifaqı qurula bilməsi ehtimalı halında Cənubi Qafqazda özünə strateji mövqe qurub, iqtisadi yolları, keçidləri ələ almaq.

Hazırda, Ermənistanda erməni keşiş Baqrat Qalustanyanın başçılığı ilə milliyyətçi qüvvələr tərəfindən tez tez mitinq və nümayişlər keçirilir. Bu İnsanın reallıqda, Rusiya ilə əlaqəli olduğu və onun təsiri altında olduğu sirr deyil.

Rusiya bu şəxsdən istifadə edərək, Baş Nazir Paşinyanı devirmək və yerinə özünə bağlı şəxsləri gətirmək və Qərbin hər hansı mövcudluğuna son qoymaq istəyir.

Azərbaycanla sülh sazişi imzalanarsa Ermənistan NATO a üzv ola bilər ehtimalına görə Rusiya Baqrat Qalustanyan kimilərdən istifadə edərək daxili çaxnaşma yaradır.

Ermənistanın NATO a üzv olması əslində Azərbaycan üçün mənfi hadisə hesab edilə bilər çünki, İrəvan bu dəfə NATO üzvü kimi və ittifaqdan dəstək alan ölkə kimi yenidən Ölkəmizə qarşı ərazi iddiaları irəli sürə və təxribatlar törədə bilər.

Bu üzdən də, Azərbaycan üçün ən əlverişli hal Ermənistanın neytral ölkə olaraq qalmasıdır.

İsa İsmayılov, siyasi şərhçi
Xəbəri paylaş