
"Bildiyiniz kimi, dünən ölkəmizdə Azərbaycanlıların soyqırımı günü qeyd edilmişdir. Erməni şovinistlərinin vəhşiliyinin qurbanı olmuş on minlərcə günahsız insanın xatirəsi ehtiramla yad edilmişdir".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin plenar iclasında çıxışı zamanı deyib. Spiker qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində və antiterror əməliyyatında əldə edilən tarixi qələbələr nəticəsində dövlətimizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş, erməni ekspansionizminə sarsıdıcı zərbə endirilmişdir:
"Son iki yüz ilə yaxın dövrdə məruz qaldığımız torpaq itkiləri, etnik təmizləmələr və soyqırımları silsiləsinə son qoyulmuşdur. Biz əminik ki, bütün bunlar xalqımıza qarşı yeni soyqırımı cinayətlərinin baş verməməsinə ən yaxşı təminatdır".
Süleyman