Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ştaynmayerin səfəri çərçivəsində Berlin-Bakı münasibətlərinə zərbə vurma cəhdi

Ştaynmayerin səfəri çərçivəsində Berlin-Bakı münasibətlərinə zərbə vurma cəhdi


"Almaniya prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri ərəfəsində onun sosial media hesabında qondarma rejimlə bağlı məlumatların, eləcə də "bayrağın" yerləşdirilməsi təxribat xarakteri daşıyır və burada məqsəd Ştaynmayerin səfəri çərçivəsində Berlin-Bakı münasibətlərinə zərbə vurmaqdır".

Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, bu təxribatda erməni barmağı da ola bilər:

"Erməni lobbisi hər zaman bu və ya digər ölkənin Azərbaycanla münasibətlərinə zərbə vurmağa çalışıb. Müəyyən zamanlarda hətta buna az bir dərəcədə nail də olublar. Azərbaycana qarşı erməni təxribatı Rusiyadan tutmuş Avropaya qədər bütün coğrafiyaları əhatə edir".

İctimia Birlik sədrinin sözlərinə görə, baş vermiş hadisədən dərhal sonra Berlinin rəsmi səviyyədə Azərbaycandan üzrxahlıq etməsi onu deməyə əsas verir ki, Almaniya Azərbaycanla münasibətlərin korlanmasında qətiyyən maraqlı deyil:

"Bəzi Avropa ölkələrindən fərqli olaraq Almaniya Azərbaycanın Cənubi Qafqazdakı yeri və nüfuzunu dərk edir, Bakının Avropanın enerji təhlükısizliyinin təminatındakı rolunu yüksək qiymətləndirir. Ona görə də Berlin heç bir halda Bakı ilə münasibətlərin pozulmasına maraqlı olmaz".


Arzuman Muradlı arzu edib ki, Azərbaycana qarşı müəyyən zamanlarda təxribatçı mövqe sərgiləyən, ölkəmizə düşmən mövqedə yanaşan bəzi Avropa dövlətləri də Almaniyanın siyasi mədəniyyətindən nəticə çıxarsınlar.

Süleyman
Xəbəri paylaş