Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə baş verənləri türk xalqı özü həll edəcək

Türkiyədə baş verənləri türk xalqı özü həll edəcək


"Son günlər Türkiyədə baş verənlərə Azərbaycandan olan münasibət gülünc doğurur. Öz ölkəsində zərrə qədər nüfuzu olmayan bəzi siyasilər qardaş ölkədə baş verənləri Türkiyədə hakimiyyət dəyişikliyinin başlanğıcı kimi qələmə verməyə çalışırlar".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. Millət vəkili deyib ki, Türkiyədə baş verənlərə türk xalqı özü qərar verəcək:

"Bu qardaş ölkənin daxili işidir və Türkiyə xalqı da bu problemi yoluna qoyacaq".

Deputat qeyd edib ki, Türkiyədə baş verənlərə münasibət sərgiləyənlər yaxın illərdə Ukraynada müharibə başlayarkən profillərini bu ölkənin bayrağına bürüyənlərdir.

Süleyman
Xəbəri paylaş