Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

51 nəfər dönərdən zəhərləndi

51 nəfər dönərdən zəhərləndi


Türkiyədə dönərdən kütləvi zəhərlənmə hadisəsi baş verib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Kocaelidə qeydə alınıb.

Belə ki, Kocaelidə bir restoranda toyuq dönəri yedikdən sonra vəziyyəti pisləşən 51 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanaya aparılıb. Dönər qəbul edən həmin şəxslər ürək bulanması, qızdırma və qusma şikayətlərindən xəstəxanaya müraciət ediblər.

Onlardan 50 nəfəri müalicələrinin ardından evə buraxılıb.

Kocaeli Kənd Təsərrüfatı və Meşə İl Müdirliyi qrupları iş yerindən analiz üçün nümunə götürüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Anar Əliyev
Xəbəri paylaş