Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Pərvanə Vəliyeva şəhid ailəsini ziyarət edib

Deputat Pərvanə Vəliyeva şəhid ailəsini ziyarət edib


Milli Məclisin deputatı Pərvanə Vəliyeva Xətai rayonundan Vətən müharibəsi şəhidi, ölümü ilə dillər əzbərinə çevrilən, "Kobra" ləqəbli, qəhrəman şəhid Xeyrulla İbrahimovun ailəsinə baş çəkib.

Newscenter.az bildirir ki, bu barədə millət vəkili özü sosial şəbəkə hesabında məlumat verib.

Qeyd edək ki, Xeyrulla İbrahimov Birinci Qarabağ savaşının iştirakçısı olub. 1992-ci ildə Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Tərtər rayonlarının müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib.

Hərbçi olaraq fəaliyyətini davam etdirib, 2003-cü il iyunun 24-də Azərbaycan Prezidenti Heydər Əliyevin Sərəncamına əsasən Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub. 2011-ci ildə ehtiyata buraxılıb.

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Xeyrulla İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvələrinin, dayan məntəqələrinin məhv edilməsi zamanı fərqlənib.

"Kobra" ləqəbli Xeyrulla İbrahimovun öldürülməsi üçün pul ödənişi belə təyin edilmişdi. Xeyrulla İbrahimov oktyabrın 26-da Xocavənd döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.

Allah rəhmət eləsin!

Süleyman
Xəbəri paylaş