
"İran prezidenti Məsud Pezeşkian dövlət başçısı olaraq Azərbaycana ilk dəfə rəsmi səfər edəcək. Səfərin məqsədi çoxşaxəlidir".
Newscenter.az xəbər verir ki, bunu siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O deyib ki, İranın siyasi və iqtisadi baxımdan hazırkı durumu heç də yaxşı deyil:
"İsrail və ABŞ müttəfiqliyi fonunda İran son vaxtlar daha da təzyiq və təhdidlərə məruz qalmaqdadır. Hətta vəziyyət o həddə çatıb ki, İrana qarşı hərbi əməliyyatların hər an başlaya bilməsi ehtimalı, məhz bu məsələdə daha çox o ölkələrin aktivliyi ilə müşahidə olunmasıdır. Azərbaycan İranla qonşu və qohumluq əlaqələri olan ölkədir. İranda on milyonlarla soydaşımız yaşayır. İrana qarşı hər hansı bir hərbi əməliyyatlar bizə də təsirsiz ötüşməyəcək, düşüncəsindəyəm. Biz bu səbəbdən İran və bu ölkədə baş verənlərlə bağlı əlimizdən gələni etməyə məcburuq. Bu bizi narahat etməlidir. Bu səbəbdən İran prezidentinin ölkəmizə rəsmi səfəri vacibdir və Azərbaycanın siyasi və iqtisadi baxımdan regiondakı gücü və imkanlarını nəzərə alsaq, bu səfərin hər iki ölkənin, xüsusilə də İranın daha çox ehtiyacı olduğunu görərik".
Anar Əliyev