Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanda zəlzələ oldu

Qazaxıstanda zəlzələ oldu


Qazaxıstanda zəlzələ olub.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, zəlzələ Almatıdan 889 kilometr aralıda qeydə alınıb.

Belə ki, Astana vaxtı ilə saat 04:23-də Fövqəladə Hallar Nazirliyinin “NSBZGO” MMC-nin seysmik stansiyalar şəbəkəsi Almatı şəhərindən təqribən 889 kilometr cənub-qərbdə Əfqanıstanda zəlzələ qeydə alıb.

Zəlzələnin episentri 36,831º şimal eni və 70,616º şərq uzunluğu koordinatlarında yerləşir. Seysmoloqların məlumatına görə, zəlzələnin enerji sinfi 11,1, maqnitudası isə MPV şkalası üzrə 5,3 bal olub.

Zəlzələnin güclü olmasına baxmayaraq, Qazaxıstanda onun hiss olunduğu barədə məlumat yoxdur.

Mehman Mehdiyev
Xəbəri paylaş