Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Transsərhəd çayları ilə bağlı məlumat mübadiləsi aparılır

Transsərhəd çayları ilə bağlı məlumat mübadiləsi aparılır


Qazaxıstanın Su Təsərrüfatı Nazirliyi daşqınlara qarşı birgə mübarizə aparmaq üçün çinli həmkarları ilə transsərhəd çaylar haqqında məlumat mübadiləsi aparır.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, tərəflər bir-birinə daşqınlar, buzların hərəkəti və hadisələri barədə məlumat verəcək, Bu məqsədlə İli çayında “Sandaohezi”, İrtış çayında “Nanvan”, Təkəs çayında “Tekes” su stansiyalarında monitorinqlər aparılacaq. Çünki 2005-ci ildən Qazaxıstanla ÇXR arasında transsərhəd çaylarda baş verən təbii fəlakətlər barədə təcili məlumatlandırma haqqında Saziş mövcuddur.

Nazirlik Çin, Rusiya Federasiyası və Mərkəzi Asiya ölkələrinin su idarələri ilə daimi əlaqə saxlayır. Bütün transsərhəd çaylar üzrə məlumat mübadiləsi aparılır. Bu məlumatlar amirliklərə və Fövqəladə Hallar Departamentinə verilir. Hidrotexniki qurğularda 24 saat növbətçilik təşkil olunur.

Xatırladaq ki, mart ayında Qazaxıstan və Çinin su idarələri su ehtiyatları sahəsində ilk Anlaşma və Əməkdaşlıq Memorandumu imzalayıblar. Sənəd sudan səmərəli və dayanıqlı istifadə, müasir texnologiyaların tətbiqi, alternativ su mənbələrinin ayrılması və inkişafı sahələrində ikitərəfli əməkdaşlığın gücləndirilməsini, həmçinin təcrübə mübadiləsini və mütəxəssislərin birgə hazırlanmasını nəzərdə tutur.

Anar Əliyev
Xəbəri paylaş