
"Aprel döyüşləri tarixi zəfərimizin, torpaqlarımızın işğaldan azad edilməsinin başlanğıc tarixi oldu. 9 il əvvəl yenidən ərazilərimizi işğal etmək üçün hücuma keçən Ermənistan güclü, qüdrətli Azərbaycan Ordusu ilə qarşılaşacağını bəlkə də təsəvvür etmirdi. Ermənistan hesab edirdi ki, Azərbaycanı Birinci Qarabağ Müharibəsindəm olduğu kimi məğlub edib yeni ərazilər zəbt edə bilər. Lakin 4 günlük Aprel döyüşləri işğalçı Ermənistanın məkirli planlarını alt-üst etdi".
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov Aprel döyüşlərinin 9-cu ildönümünə nəzər salarkən səsləndirib. Millət vəkili deyib ki, həmin döyüşlər zamanı strateji əhəmiyyət daşıyan Lələ Təpə yüksəkliyinin işğaldan azad edilməsi ətraf yaşayış ərazilərimiz, eləcə də Cocuq Mərcanlı kəndinin düşmən hədəfindən xilas edilməsi ilə nəticələndi:
"Beləliklə, Cocuq Mərcanlıda insanlar rahat, təhlükəsiz şəkildə yaşamağa başladılar. Əslində, Cocuq Mərcanlı kəndində məskunlaşma, vətəndaşlarımızın öz ata-baba yurdlarına qayıtması həm də Qarabağa Böyük Qayıdışın başlanğıcı idi. Hələ o zaman Cocuq Mərcanlıda məskunlaşma zamanı başda Cənab Prezident İlham Əliyev olmaqla hər bir ölkə vətəndaşı inanırdı ki, çox keçmədən işğalda olan ərazilərimiz düşməndən azad ediləcək və Qarabağa Böyük Qayıdış başlayacaq".
İlham Məmmədov onu da deyib ki, Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, qüdrətini ortaya qoymaqla yanaşı. eyni zamanda məğlubedilməz erməni ordusu mifini alt-üst etdi:
"4 günlük döyüşlərdə ciddi itki verərək çoxsaylı canlı qüvvə və hərbi texnika itirən Ermənistan müxtəlif ölkələri Azərbaycana minnətçi salaraq hərbi əməliyyatların dayandırılmasını xahiş etdi. ƏslindƏ, Ermənistan Aprel döyüşlərindən nəticə çıxarmalı idi. Əgər İrəvan vaxtında bundan nəticə çıxaraydı, 44 günlük Vətən Müharibəsi baş verməz və məğlubedilməz erməni ordusu mifi tamamilə darmadağın olmazdı".
Süleyman