
Qazaxıstanın Almatı şəhərində MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, iclas Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə baş tutacaq. Bu məqsədlə Lavrov aprelin 11-də Qazaxıstana səfər edəcək.
Qeyd edək ki, bu, sözügedən şuranın cari il üçün ilk tədbiridir.
Xarici işlər nazirliklərinin rəhbərləri cari beynəlxalq və regional problemlər ətrafında fikir mübadiləsi aparacaq, Birlik formatında inteqrasiya əməkdaşlığının prioritet istiqamətlərini müzakirə edəcəklər.
Mehman Mehdiyev