Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ Ukrayna müharibəsindən istədiyini alıb

ABŞ Ukrayna müharibəsindən istədiyini alıb


"Tramp seçkiqabağı çıxışlarında da Ukraynadakı müharibəni dərhal dayandırcağına söz verirdi. Prezident kimi fəaliyyətə başladıqdan sonra atəşkəsin əldə edilməsi və müharibənin dayandırılması üçün Birləşmiş Ştatların diplomatik və hegemon təsir gücündən istifadə etməyə başladı. ABŞ nümayəndə heyəti Ər Riyadda Rusiyalı həmkarları ilə bir neçə görüş keçirdilər. Qara dənizdə donanmanın təhlükəsiz hərəkətinin təmini və tərəflərin bir-birinin enerji mərkəzlərinə zərbə endirməkdən imtina edilməsi ilə bağlı ilkin razılıq da əldə olundu. Lakin bu vəd olunan atəşkəs və sülh deyil".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Mütəllim Rəhimli Trampın Rusiya-Ukrayna müharibəsini dayandıra bilmə ehtimalından danışarkən səsləndirib. O deyib ki, Tramp hakimiyyəti Ukraynada qarşısına qoyduğu məqsədə böyük həcmdə nail olub:

"Ola bilsin ki, ictimai rəydə belə bir fikir formalaşıb ki, Trampın Ukrayna ilə bağlı missiyası uğurlu nəticə verməyib. Lakin bu görüntüdür. Mahiyyətcə ABŞ Ukrayna müharibəsindən istədiyini alıb. Bundan sonra atəşkəsə nail olaraq Ukraynanın faydalı qazıntılarını istismar etmək qalır. Bunun üçün isə ABŞ-nin tələsməyinə heç bir lüzum yoxdur. Çünki Birləşmiş Ştatlar problemin köklü həllini istəmir, gərginliyin qalması onun üçün daha sərfəlidir ki, Avropa və Çini bir-birindən ayıra bilsin. Bu isə indi reallığa çevrilib".

Süleyman
Xəbəri paylaş