
Son illər Avropa İttifaqı ilə qarşılıqlı fəaliyyətdə nəzərəçarpacaq artım müşahidə olunur. Yeddi il ərzində Mərkəzi Asiya ölkələri ilə Aİ arasında ticarət dövriyyəsi bir neçə dəfə artaraq 54 milyard avro təşkil edib.
Newscenter.az xəbər verir ki, bunları Özbəkistan prezidenti Şövkət Mirzoyayev deyib.
O bildirib ki, effektiv əməkdaşlıq platformaları işə salınıb:
"Bütün əsas istiqamətlər üzrə mütəmadi olaraq nazirlərin görüşləri, forumları, sammitləri və konfransları keçirilir. Eyni zamanda, hesab edirəm ki, hazırkı görüş çoxşaxəli münasibətlərin inkişafında yeni mərhələnin “başlanğıc nöqtəsi” olmalıdır".
Mirzoyayev deyib ki, bununla əlaqədar olaraq, orta və uzunmüddətli perspektivdə gələcək birgə işin prioritetlərinə dair baxışımızı təqdim etmək lazımdır.
Mehman Mehdiyev











































