Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan ekoloji cəhətdən təmiz yanacaq layihələrini həyata keçirməyə başlayıb

Qazaxıstan ekoloji cəhətdən təmiz yanacaq layihələrini həyata keçirməyə başlayıb



Qazaxıstan ekoloji cəhətdən təmiz yanacaq layihələrini həyata keçirməyə başlayıb.

Newscenter.az Akorda.az-a istinadən xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mərkəzi Asiya-Avropa İttifaqı sammitində çıxışı zamanı deyib.

Prezident hesab edir ki, ilk növbədə, ticarət-iqtisadi əlaqələrin gücləndirilməsinə diqqət yetirmək lazımdır. Onun sözlərinə görə, Qazaxıstan Aİ bazarına ümumi dəyəri 2 milyard dollardan çox olan 175 növ malın ixracını artırmağa hazırdır.

Qasım-Jomart Tokayev Avropa şirkətlərini bu cür yeni layihələrin maliyyələşdirilməsi üçün Astana Beynəlxalq Maliyyə Mərkəzinin platformasından istifadə etməyə dəvət edib:

"Qazaxıstan karbohidrogenlərin tədarükü üzrə Avropanın etibarlı tərəfdaşlarından biridir. Avropa İttifaqının xaricdən idxal etdiyi neftin təqribən 13 faizi ölkəmizin payına düşür. Onun böyük hissəsi Xəzər Boru Kəməri Konsorsiumu (CPC) vasitəsilə nəql olunur. Avropa İttifaqı bu konsorsiumun sabit və uzunmüddətli fəaliyyətini dəstəkləyir. Biz bunu yüksək qiymətləndiririk".

Onun sözlərinə görə, Qazaxıstan bərpa olunan enerji və təmiz yanacaq layihələrini həyata keçirməyə başlayıb:

"Total, Eni, Svevind və digər Avropa şirkətləri kimi uzunmüddətli tərəfdaşlarımızla birlikdə külək və günəş elektrik stansiyalarının gücünü artırdıq və "yaşıl" hidrogen istehsalı layihəsinə başladıq. Bundan əlavə, Qazaxıstan Özbəkistan və Azərbaycanla birlikdə Xəzər dənizi vasitəsilə Avropa bazarına “yaşıl” enerji çatdıracaq vahid elektrik şəbəkəsinin yaradılması üzrə böyük layihəyə start verilib".

Anar Əliyev
Xəbəri paylaş