Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aprelin 12-də İran-ABŞ danışıqları keçiriləcək

Aprelin 12-də İran-ABŞ danışıqları keçiriləcək


İran və ABŞ nümayəndə heyətləri arasında danışıqlar olavaq.

Newscenter.az TASS-a istinadən bildirir ki, danışıqlar aprelin 12-də Omanda baş tutacaq.

İranın xarici işlər naziri Abbas Erakçi də Tehran və Vaşinqton arasında dolayı danışıqların aprelin 12-də Omanda başlayacağını açıqlayıb.

Erakçi, X sosial media hesabından paylaşdığı mesajda, "İran və ABŞ şənbə günü Omanda yüksək səviyyəli danışıqlar aparacaq. Bu həm bir fürsət, həm də sınaqdır",-deyə vurğulayıb.

Qeyd edək ki, 2018-ci ildə ölkəsini İranla nüvə sazişindən birtərəfli qaydada çıxaran ABŞ prezidenti Donald Tramp ötən ay İran lideri Ayətullah Əli Xameneiyə məktub göndərərək Tehranı birbaşa nüvə danışıqlarına çağırıb.

Anar Əliyev
Xəbəri paylaş