Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

CHP xalqdan gözlədiyi dəstəyi ala bilmədi

CHP xalqdan gözlədiyi dəstəyi ala bilmədi


"İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğluna qarşı açılan cinayət işi və onun haqqında irəli sürülən ittihamlar, nəhayət İmamoğlu və 100-ə yaxın ətrafının həbs olunması Türkiyədə CHP-nin tərəfdarlarını, eyni zamanda AKP hakimiyyətinə qarşı olan elektoratı hərəkətə gətirdi. CHP tərəfindən keçirilən etiraz mitinqləri və digər aksiyalar Türkiyə cəmiyyəti üçün normal hadisə hesab edilə bilər və Türkiyənin cümhuriyyət tarixində bu kimi ənənəvi aksiyalar çoxdur. Amma, hazırda baş verən hadisələr ətrafında, xüsusi olaraq qeyd etmək lazımdır ki, ölkənin ana müxalifəti CHP, korrupsiya və digər, "cinayət yolu ilə əldə edilmiş əmlak dəyərlərinin leqallaşdırılması" maddələri ilə haqqında qəti imkan tədbiri secilmiş İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsini, hakimiyyətin çirkin iftirası adlandırır. Olub bitənlərin siyasi məqsədlər daşıdığını iddia edirlər. Keçirilən etiraz aksiyaları da məhz bu səbəbdən baş verdi".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi Türkiyədə baş verənləri şərh edərkən səsləndirib. O deyib ki, bütün baş verənləri diqqətlə nəzərdən keçirsək burda hər iki tərəfin haqlı və haqsız qərarlar qəbul etdiyini görə bilərik:

"Detallar üzərində dayanmaq istəmirəm, amma, sözsüz ki, Türkiyənin ədalət mühakiməsinin çıxaracağı qərar, heç şübhəsiz bütün ittihamlara, şübhələrə, iradlara son qoyacaq. CHP və onun köhnə və yeni seçilmiş sədri Özgür Özəlin bəyənatları əslində tərəfdarlarını qaza gətirmək məqsədi daşıyırdı. Butün bunlara baxmayaraq xalqdan gözlədikləri dəstəyi ala bilmədilər. Etiraz aksiyaları faydalı görünə bilər, amma, seçki ili olmadığını nəzərə alsaq bunun elektoratı yormaq və nəticədə heç bir effekt əldə olunmaması, insanlar arasında inamı azalda bilər. Bu səbəbdən irəlidəki dövrdə keçiriləcək aksiyalar daha sönük ola bilər və siyasi gərginlik məhz aksiyalar vasitəsilə öz yerini sabitliyə verəcəkdir. Çünki, hakimiyyəti nəyəsə məcbur etmək üçün, müxalifətin əlində tutarlı səbəb yoxdur".

Anar Əliyev
Xəbəri paylaş