Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çin ABŞ-a qarşı adekvat addımlar atacaq

Çin ABŞ-a qarşı adekvat addımlar atacaq


Çin hakimiyyəti Amerika prezidenti Donald Trampın proteksionist siyasəti nəticəsində ABŞ-ın artan təzyiqlərinə dözmək niyyətində deyil.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.

Nazirliyin yaydığı bəyanatda deyilir: “Birləşmiş Ştatların Çinə tarifləri artırmaqla hədələməsi Amerika tərəfinin şantaj xarakterini bir daha ortaya qoyan səhvdir, Çin bunu heç vaxt qəbul etməyəcək”.


“Çin bir daha bəyan edir ki, ticarət müharibəsində qalib yoxdur və proteksionizmin çıxış yolu deyil”, -deyə Çin Ticarət Nazirliyi bəyan edir.

Mehman Mehdiyev
Xəbəri paylaş