
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP lideri Özgür Özəli məhkəməyə verir.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, CHP sədri Özgür Özələ qarşı prezident Rəcəb Tayyib Ərdoğana qarşı “xunta üzvü” ifadəsi işlətdiyi üçün ona 500 min TL təzminat iddiası açılıb.
Prezident Rəcəb Tayyib Ərdoğanın vəkili Hüseyn Aydın da sosial media hesabında bu barədə açıqlama verib:
"CHP sədri Özgür Özəl tərəfindən fövqəladə qurultayda prezidentimizi hədəfə alan "xunta üzvü" kimi əsassız ittihamlar və təhqiramiz ifadələrə görə Ankara Asliye Məhkəməsində 500 min TL mənəvi təzminat iddiası qaldırılıb. Bundan başqa, Ankara Baş Prokurorluğuna cinayət işi açılıb".
Süleyman