Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mexanika Mühəndisləri Forumu keçiriləcək

Mexanika Mühəndisləri Forumu keçiriləcək


24-25 aprel 2025-ci il tarixlərində Astanada Qazaxıstan Mexanika Mühəndisləri Forumu keçiriləcək.

Newscenter.az Qazaxıstanın Sənaye və Tikinti Nazirliyinə istinadən bildirir ki, beynəlxalq əhəmiyyətli forumda bu il 20-dən çox ölkədən 1500-dən çox nümayəndə iştirak edəcək.

Onların arasında dövlət sektorunun nümayəndələri, biznes qurumları, iri istehlakçılar, maşınqayırma məhsullarının aparıcı istehsalçıları var.

Forumda Maşınqayırmanın İnkişafına dair Kompleks Planın icrası ilə bağlı məsələlər, sənayenin inkişafında xarici tərəfdaşların rolu, o cümlədən sənayenin robotlaşdırılması və rəqəmsallaşdırılması sahəsində mövcud tendensiyalar, maşınqayırma sənayesi üçün kadr hazırlığı ilə bağlı məsələlər müzakirə olunacaq.

Müzakirələr zamanı əsas sənaye sahələrinin inkişafına, dəmir yolu, kənd təsərrüfatı, neft-qaz maşınqayırması, avtomobil sənayesinin perspektivlərinə xüsusi diqqət yetiriləcək.

Mehman Mehdiyev
Xəbəri paylaş