Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özəl prosesləri dəyişə biləcək ciddi siyasi fiqur sayıla bilməz

Özəl prosesləri dəyişə biləcək ciddi siyasi fiqur sayıla bilməz



"CHP-də partiya başqanının dəyişməsinin bu partiyanın mövqelərinə elə də ciddi bir təsiri hələ ki, hiss olunmur. CHP-nin AKP-yə ciddi rəqib bir partiya olması qəbul edilə bilən bir faktdır, lakin burada partiyalar arasında olan rəqabətdən daha çox siyasi liderlər arasında olan rəqabətdən söhbət gedə bilər ki, burada Özəl prosesləri dəyişə biləcək ciddi siyasi fiqur sayıla bilməz. Lakin ümumilikdə Türkiyədə qarşıda bizi ciddi siyasi hərəkətlənmənin baş verməsi gözləyə bilər ki, bunun da əsas səbəbi daha çox sosial və iqtisadi faktorlarla bağlıdır".


Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Vüqar Əhmədov səsləndirib. Onun sözlərinə görə, məhz bu məqamda müxalifət tərəfindən hansı siyasi fiqurun meydana çıxacağını bəri başdan söyləmək çətin olsa da, ehtimal etmək olar ki, bu daha çox qərb tərəfindən dəstəklənən bir siyasi fiqur olacaq. CHP-nin isə elektorat və siyasi nüfuzuna görə yaxın gələcəkdə AKP-yə qalib gələcəyi inandırıcı görünmür:

"Türkiyədə hər nə qədər daxili iqtisadi sosial və siyasi gərginlik yaşansa da, kifayət qədər xarici faktorlar bu ölkədə sabitliyin olmasının zəruriliyini şərtləndirir. Lakin son hadisələrdə biz xarici güclərin də daxili siyasi sabitliyin pozulmasına maraqlı olmasını sezə bilərik, Türkiyə dövləti məhz bu səbəbdən önləyici tədbirləri almaqdadır. Lakin bu da faktdır ki, CHP Türkiyədə son seçkilərdən sonra sıralarında genişlənmə və yeniliklərə cəhd edərək qardaş ölkədə keçiriləcək növbəti seçkilərə ciddi cəhdlə hazırlaşmağa cəhd edir və hələ qarşıdakı illərdə proseslərin necə cərəyan edəcəyi bu partiyanın seçkilərə hansı namizədlə önə çıxmasından aslı olacaq".

Süleyman
Xəbəri paylaş