Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya və ABŞ nümayənyətləri İstanbulda görüşəcək

Rusiya və ABŞ nümayənyətləri İstanbulda görüşəcək


Rusiya və ABŞ nümayəndə heyətləri İstanbulda ikinci dəfə görüşəcək.

Newscenter.az-ın trthaber-ə istinadən verdiyi xəbərə görə, ABŞ və Rusiya nümayəndə heyətlərinin İstanbuldakı görüşü aprelin 10-na nəzərdə tutulub. Görüş Rusiyanın İstanbuldakı Baş Konsulluğunda keçiriləcək.

İstanbulda keçiriləcək görüşdə Rusiyanın Vaşinqtondakı səfiri vəzifəsinə başlaması gözlənilən Aleksandr Darçiyev Rusiya nümayəndə heyətinə başçılıq edəcək.

ABŞ nümayəndə heyətinə dövlət katibinin Rusiya və Mərkəzi Avropa üzrə köməkçisinin müavini Sonata Kulter başçılıq edəcək.

Qeyd edək ki, Rusiya və ABŞ nümayəndə heyətləri ilk olaraq fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda bir araya gələrək, ikitərəfli əlaqələrin bərpası və Ukraynada müharibənin dayandırılması kimi mövzuları müzakirə ediblər.

Mehman Mehdiyev
Xəbəri paylaş