Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır

Tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır




Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində daimi əsaslarla işləyən tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsinə start verilir.

Newscenter.az xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən tərbiyəçi-müəllimlər aprelin 8-dən 14-dək müvafiq ərizə formasını dolduraraq BŞTİ-yə təqdim etməlidirlər. Yerdəyişmə üçün müraciət edən tərbiyəçi-müəllim təqdim olunan vakant yerlərdən maksimum 3-nü seçə bilər.

İştirakçılar ərizəyə aşağıdakı sənədləri əlavə etməlidirlər:

· Yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsinə dair müvafiq təsdiqləyici sənəd (arayış);

· Şəxsiyyət vəsiqəsinin surəti;

· İşlədiyi məktəbəqədər təhsil müəssisəsində daimi əsaslarla tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul olunması haqqında əmrdən çıxarış (müəssisənin möhürü ilə təsdiq edilməlidir);

· Əmək kitabçasının surəti (müəssisənin möhürü ilə təsdiq edilməlidir);

· Diplomun surəti;

· Şəhid ailə üzvü olduğu halda həmin sənədin surəti.

Müsabiqədə iştirak etmək istəyən namizədlər ərizə forması və vakant yerlər barədə məlumatla aşağıdakı link vasitəsilə tanış ola bilərlər.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş