
"Bizimlə sövdələşmələr bağlamağa gələn çoxlu ölkəmiz var və onlarla ədalətli sövdələşmələr olacaq və bəzi hallarda əhəmiyyətli tariflər ödəyəcəklər"/
Newscenter.az TASS-a istinadən bildirir ki, bu fikirləri Birləşmiş Ştatlar prezidenti Donald Tramp deyib.
ABŞ prezidenti deyib ki, Çin qarşılıqlı tariflərə cavab olaraq elan etdiyi 34 faizlik gömrük rüsumlarını geri götürməsə, bu ölkəyə 50 faiz əlavə rüsum tətbiq edə bilərlər.
“Hər bir ölkə ilə ədalətli və yaxşı müqavilələr bağlayacağıq. Onlarla başqa heç bir işimiz olmayacaq”, - deyə Tramp bildirib.
Tramp onu da deyib ki, AB ilə 350 milyard dollarlıq kəsirimiz var və bu, tez bir zamanda aradan qalxacaq:
"Bunun tez bir zamanda aradan qalxmasının yollarından biri odur ki, bizdən enerji almalı olacaqlar. Çünki buna ehtiyacları var".
Mehman Mehdiyev