Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə daxil gərginliyin artması yaxşı hal deyil

Türkiyədə daxil gərginliyin artması yaxşı hal deyil


"Dünyada baş verən ciddi dəyişikliklər astanasında Türkiyədə daxili gərginliyin artması heç də yaxşı deyil".

Newscenter.az xəbər verir ki, bunu politoloq Mütəllim Rəhimli deyib. O bildirib ki, İmamoğlunun həbsi Türkiyədə iqtidarla müxalifət arasında onsuz da yaxşı olmayan münasibətləri daha da pişləşdirib:

"Bu təkcə partiyaların siyasi qütbləşməsi deyil, həm də cəmiyyətin bölünməsidir. Görünən budur ki, AKP ilə CHP arasında ideoloji və siyasi baxımdan barışmazlıq kifayət qədər dərindir. Bu da Türkiyə cəmiyyəti üçün təhlükələr vəd edir".

Politoloq hesab edir ki, CHP indiki qarşıdurma dövründə növbədənkənər seçkilərə getməklə AKP-nin partiya daxilinə müdaxiləsinin qarşısını almağa çalışıb:

"Özgür Özəlin yenidən sədr seçilməsi partiya daxilində monolitliyi artırıb. Çünki seçkilərdə hər hansı ciddi qarşıdurmaya yol verilmədi. Həm də ən mühümü odur ki, CHP siyasi kursuna sadiq qaldı və onu davam etdirəcək. Bu isə İmamoğlunun həbsinin partiyaya ciddi problem yaratmayacagını deməyə əsas verir. Hətta bu həbs CHP-ni daha da toparlayacaq və narazı qüvvələri onun tərəfdarına çevirəcək. Etiraz aksiyaları catdığı kuliminasiya nöqtəsindən artıq düşməyə başlayıb. Əgər ona yeni dəstəkləyici əlavələr edilməsə sönməkdə davam edəcək. Bu isə CHP rəhbərliyindən və sədr Özgür Özəldən çox asılıdır".

Mütəllim Rəhimli deyib ki, indi kütləvi aksiyaların inkişaf etdirilməsi təkcə İmamoğlunun həbsdən azad edilməsinə bağlanmamalıdir:

"Bu həm də CHP-nin gələcək taleyini həll edəcək. Buna görə də CHP-nin geri çəkilmək şansları da çox deyil. Lakin daha çox irəli getdiyi halda daxili çəkişmələr Türkiyəni regional proseslərdən kənarda qoya bilər. Ona görə də ən yaxşı yol İmamoğlunun azad edilməsi ilə 2028-ci il prezident seçkilərinə qədər daxili barışıq əldə etməkdir".

Süleyman
Xəbəri paylaş