
Ukrayna prezidenti Volodimir Zelenskinin imzaladığı sərəncamla Viktor Mayko Qazaxıstana yeni səfiri təyin edilib,
Newscenter.az xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb.
Yeni səfir 2020-ci ildən Türkmənistandakı səfirliyə rəhbərlik edir. Diplomat əvvəllər bu ölkədə və əlavə olaraq 2005-2010-cu illərdə Əfqanıstanda səfir vəzifəsində çalışıb.
Xatırladaq ki, 2022-ci ildə verdiyi müsahibədə Ukraynanın Qazaxıstandakı keçmiş səfiri Petro Vrublevski rus milləti ilə bağlı qalmaqallı açıqlamalar vermişdi. Diplomat daha sonra dediyi sözlərə görə Qazaxıstandan üzr istəyib.
2022-ci ilin payızında Zelenski Petro Vrublevskini tutduğu vəzifədən azad etdi.
Mehman Mehdiyev