Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli parklara bayram günlərində nə qədər ziyarətçi gəlib?

Milli parklara bayram günlərində nə qədər ziyarətçi gəlib?



9 günlük Ramazan bayramı günlərində Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi yanında Təbiəti Mühafizə və Milli Parklar Baş İdarəsinə tabe olan milli park və təbiət parklarını 1 milyon 921 min 91 nəfər ziyarət edib.

Newscenter.az Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinə istinadən bildirir ki, 29 mart - 6 aprel tarixlərini əhatə edən bayram günlərində təbiətlə təmasda vaxt keçirmək istəyən vətəndaşlar Təbiəti Mühafizə və Milli Parklar Baş İdarəsinin (DKMP) tabeliyində olan təbiət parklarına və milli parklara üstünlük veriblər.

Ziyarətçilərə əylənmək, dincəlmək və asudə vaxtlarını keçirmək imkanı yaradan qorunan ərazilər 9 günlük tətildə ziyarətçilərlə dolub. Bu parklar ölkə daxilində 1 milyon 921 min 91 adama ev sahibliyi edib.

Siyahıya 214 269 ziyarətçi ilə Ormanya Təbiət Parkı başçılıq edir. Bunu 196 min 941 ziyarətçi ilə Marmaris Milli Parkı və 167 min 376 ziyarətçi ilə Qaziantepdəki Burç Təbiət Parkı izləyib.

Mehman Mehdiyev
Xəbəri paylaş