
Özbəkistanda əhalinin sayı 40 milyona çatacaq.
Newscenter.az Özbəkistan mediasına istinadən bildirir ki, son səkkiz ildə ölkə əhalisi 6 milyon nəfər artıb. Bu dövrdə yarım milyona yaxın yaşayış binası tikilib. O cümlədən, ötən il 100 min mənzilli çoxmərtəbəli binalar tikilib. Bu il daha çox - 130 mindən çox mənzilin tikintisi nəzərdə tutulur.
Yaxın illərdə əhalinin sayının 40 milyona çatacağı gözlənilir. Bu artım tempində hər il 140-150 min yeni mənzilə ehtiyac yaranacaq. Bu o deməkdir ki, ildə əlavə 2 min hektar torpaq sahəsi tələb olunacaq.
Mehman Mehdiyev