Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Uşaqları daşıyan avtobus qəzaya uğrayıb, yaralılar var

Uşaqları daşıyan avtobus qəzaya uğrayıb, yaralılar var


Qazaxıstanda uşaqları daşıyan avtobus qəzaya uğrayıb.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, hadisə Akmola vilayətində qeydə alınıb.

Vilayətin Kosşı şəhərində uşaq avtobusu yol qəzasına düşüb..

Polisin məlumatına görə, “İveco” avtobusu uşaqları daşıyan “Toyota” markalı mikroavtobusla toqquşub.

Mikroavtobusda 10 uşaq olub. Onlardan 5-i Astanada şəhər xəstəxanasına aparılıb.
Bütün xəstələr növbətçi mütəxəssislər, reanimatoloq, neyrocərrah, travmatoloq və cərrah tərəfindən müayinə olunub. Onlar həmçinin rentgen, KT və ultrasəs də daxil olmaqla hərtərəfli müayinədən keçiblər.

İdarədən verilən məlumata görə, 4 uşağa lazımi yardım göstərilib və ambulator müalicəyə göndərilib.

Mehman Mehdiyev
Xəbəri paylaş