
"Cəmiyyətə açıqlanmayan, ancaq ehtiyac halında həyata keçirilən fövqəladə tədbirlər dövlət idarəçiliyində məxfi, yəni ictimaiyyətə açıq olmayan müəyyən səlahiyyətlərə, xüsusi səlahiyyətə malik olan şəxslərlə strateji planlamalar adlanan, dövlətin əsasını təşkil edən idarəçilik sisteminə aiddir".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Ramil Hüseynov səsləndirib. O deyib ki, bu sistem bütün ölkələrdə — dünyada özünü dövlət kimi tanıyan ölkələrin istifadə etdiyi, milli təhlükəsizliyin, diplomatik maraqların, ictimai asayişin və xalqın milli maraqlarının qorunması üçün bir metoddur:
"Bəli, dövlət maraqlarında güzəşt etmək, milli maraqlardan geri çəkilmək anlayışı bu günkü diplomatik xəttimizə və idarəçilik sistemimizə yaddır".
Onun sözlərinə görə, müdafiə strategiyasının təşkili, terror təhlükəsinə qarşı planlar, ikitərəfli və çoxtərəfli danışıqlarda üstünlük qazanmaq, strateji dövlət investisiyaları, maliyyə bazarlarına nəzarət — bütün bunların həyata keçirilməsi və indiki yeni dünya landşaftında toqquşan maraqlar fonunda ölkəyə uğur gətirən addımlar atmaq çox mürəkkəb bir siyasi prosedurdur.
Süleyman