
“Oriqami” uşaq və yeniyetmələr ictimai birliyinin təşəbbüsü ilə Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli və NTK sədri Fariz Əkbərovun, AMQF könülllüsü Samir Əliyevin Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən Mərkəzinə səfər edib.
Newscenter.az xəbər verir ki, “Oriqami” QHT-nin sədri Namiq Nəcəfov təşkilatın Bakıətrafı kənd və qəsəbələrdə icra etdiyi layihələr barədə ətraflı məlumat verib. AMQF nümayəndələri təşkilatın praktik fəaliyyəti ilə əlaqədar – istedadlı gənclərin üzə çıxarılması sahəsində qabiliyyət və bacarıqların inkişafı – oriqami fiqurları kolleksiyası ilə tanış olub.

Oriqami Yapon incəsənət nümunəsidir. Bu sənət növü kağızın qatlanması və kəsilməsi ilə müxtəlif fiqurların – heyvanlar, çiçəklər və s. – yaradılmasını əhatə edir. Oriqami həm dekorativ sənət növü, həm də zehni inkişaf etdirən məşğuliyyət kimi tanınır. Uşaqlar və böyüklər arasında geniş yayılıb, xüsusilə də səbr və diqqət bacarıqlarını inkişaf etdirmək üçün faydalıdır.

Mərkəzdə könüllü olaraq bu dekorativ incəsənət növü ilə maraqlanan məktəblilərlə sərbəst müzakirələr aparılıb. Uşaq və gənclərin ana dilində səlist danışmaq, xarici dil biliklərinə yiyələnmək, eləcə də asudə vaxtların səmərəli təşkili, ictimai fəaliyyətə cəlb olunmaları kimi bilik və bacarıqlara malik olmalarının vacibliyi barədə səmimi fikir mübadiləsi aparılıb. Sonda görüş iştirakçılarına üzərində AMQF loqosu olan köynəklər hədiyyə olunub.
Süleyman