Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

QHT Agentliyinin 4 illik fəaliyyəti uğurlu olub

QHT Agentliyinin 4 illik fəaliyyəti uğurlu olub


"Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında, onun beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində son illərdə müsbət tendensiya müşahidə edilir. Artıq qeyri-hökumət təşkilatları bir institut kimi formalaşaraq həm daxildə, həm də xaricdə özlərini təsdiq ediblər. Heç şübhəsiz ki, bütün bu əldə edilən nəticələr dövlətin sözügedən sektora diqqət və qayğısı, eyni zamanda QHT sektorunu koordinasiya edən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin uğurlu fəaliyyətinin nəticəsidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" ictimai birliyinin sədri Arzuman Muradlı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 4 illik fəaliyyətini şərh edərkən səsləndirib. İctimai birlik sədri deyib ki, QHT Agentliyinin 4 illik fəaliyyəti həm bu qurum, həm də ümumilikdə vətəndaş cəmiyyəti üçün uğurlu olub:

"İstər qeyri-hökumət təşkilatlarının peşəkarlığının artırılması, istər bu institutun möhkəmləndirilməsi, istər QHT-lərlə dövlət qurumları arasında əməkdaşlığın dərinləşdirilməsi, istərsə də beynəlxalq əlaqələrin inkişaf etdirilməsi istiqamətində Agentlik ötən 4 il ərzində kifayət qədər nəticəyə hesablanmış işlər görüb".

Arzuman Muradlı deyib ki, QHT Agentliyi ötən müddət ərzində uğurlu beynəlxalq əlaqələr qurub, dünyanın nüfuzlu təşkilatlarında keçirilən tədbirlərdə iştirak edib, Azərbaycanın haqlı mövqeyini dünyaya çatdıra bilib.

Süleyman
Xəbəri paylaş