Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yevlaxda növbəti ümumşəhər iməciliyi təşkil olunub

Yevlaxda növbəti ümumşəhər iməciliyi təşkil olunub


Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərdə təmizliyin yüksək səviyyədə təmin edilməsi və mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədilə növbəti ümumşəhər iməciliyi təşkil edilib.

Newscenter.az xəbər verir ki, keçirilən iməcilik çərçivəsində Yevlax Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən şəhərin küçə və prospektlərində səki kənarlarının, bordyurların, işıq dirəklərinin, məhəccərlərin, parklarda, istirahət yerlərində oturacaqların, uşaq-oyun meydançalarının, dayanacaqların yuyulması həyata keçirilib, ictimai-iaşə, ticarət və digər obyektlərin qarşısı təmizlənərək səliqə-sahman yaradılıb.

Küçə və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, dibləri yumşaldılıb, ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib.

Həmçinin texnikalar vasitəsilə əsas küçə və prospektlərində 14-17 aprel 2025-ci il tarixlərində yağan güclü yağışdan sonra yığılan torpaq qatı təmizlənərək yuyulub.

Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin təmiz saxlanılması və mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədilə işlər bütün il ərzində davam etdiriləcəkdir.

Süleyman
Xəbəri paylaş