Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukrayna ABŞ-la müqavilədən imtina edir

Ukrayna ABŞ-la müqavilədən imtina edir


"Bir müddət əvvəl Donald Tramp ABŞ-ın yaxın günlərdə Ukrayna ilə təbii ehtiyatlarla bağlı istədiyi müqaviləni imzalayacağını bildirmişdi. Faktiki Ukraynanı ABŞ-ın müstəmləkəsinə çevirəcək həmin təbii ehtiyatlarla bağlı müqaviləyə ABŞ əslində hələ 2022-ci ildə hesab götürmüşdü".

Newscenter.az xəbər verir ki, bunları politoloq Vüqar Dadaşov deyib. O bildirib ki, ABŞ və Ukrayna arasında ABŞ-ın istədiyi təbii ehtiyatlarıla bağlı müqavilə imzalansa, Amerika müstəmləkə formasına gətirdiyi Ukraynada maraqlarını qorumaq üçün hərbi mövcudluğunu təmin etməlidir:

"Deməli, Rusiya heç bir halda ABŞ-Ukrayna arasında həmin o təbii ehtiyatlarla bağlı müqavilənin imzalanmasına yol verməməlidir.

Ukraynanın faktiki ikiyə bölünməsi və Rusiyanın isə sərhədlərinə ABŞ ordusunun yerləşməsinin çox yüksək ehtimalı Moskva və Kiyevin hər imisinin milli maraqlarına qəti ziddiyətli olduğundan Rusiya və Ukraynanın yaxınlaşması mümkün və gözlənilən variantdır. Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə ikitərəfli danışıqlara getmək istəyinə Ukrayna prezidenti Vladimir Zelenskinin müsbət reaksiyası Rusiya-Ukrayna müharibəsinin dönüş nöqtəsidir".

Vüqar Dadaşovun sözlərinə görə, əgər, Rusiya və Ukrayna ikitərəfli danışıqlarla müharibənin dayandırılmasına gedərsə, demək ABŞ - ın Ukrayna ilə arzuladığı təbii ehtiyatlarla bağlı müqaviləsi imzalanmayacaq:

"Ən azı Ukraynanı müstəmləkəyə çevirəcək formada. Bu müqavilə ABŞ-ın Çinlə mübarizəsində həyati əhəmiyyətli şərtlərdəndir. Rusiya Ukrayna razılaşması bütün nəticələrinə görə Çinin maraqlarına tam uyğun gəlir. İndiki vəziyyətdə Ukrayna və Rusiyanln razılaşması həri iki tərəfin məcbur getdiyi nəticə olsa da, hər iki tərəfə sərfəlidir. Ehtimal var ki, Putin və Zelenski razılaşarsa, Ukrayna Tramp administrasiyası ilə əlaqələrini dayandıracaq".

Anar Əliyev
Xəbəri paylaş