
"Çin-Azərbaycan münasibətləri bütün dönəmlərdə hər iki ölkə üçün əhəmiyyətli olub. Bu gün də bu münasibətlər inkişaf edir və hər iki ölkənin hökumət nümayəndələri, iqtisadi inkişaf baxımından, xüsusilə də ticarət əlaqələrinin inkişafı ilə bağlı mütəmadi olaraq görüşlər keçirirlər. Azərbaycanın ticarət əlaqələrinin inkişafına və perspektivlərinə nəzər salsaq görərik ki Çin ən öndə gələn ölkələrdən biridir. Bu baxımdan Azərbaycan və Çin arasında ticarət dövriyyəsinin həcmi hər il sürətlə artmaqdadır. İki ölkə arasında ticarət dövriyyəsi demək olar ki, bütün sahələri əhatə edir".
Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, keçən ilki ticarət dövriyyəsinə nəzər salsaq 20 faizdən çox artmın olduğunu görmək olar:
"Xususilə də bu, sənaye, neft-qaz, neft-kimya, energetika, yüksək texnologiyalar, innovasiyalar , kosmik sahədə investisiya layihələrinin həyata keçirilməsi istiqamətində daha çox əməkdaşlıq əlaqələri qurulmuşdur.Həmçinin Azərbaycan və Çin arasında dostluq və əməkdaşlıq münasibətlərindən qaynaqlanan xoş təəssürat,hər iki ölkənin siyasi həyatında da eynilə müvəffəqiyyətlə davam edir. Bu səbəbdən Azərbaycan prezidenti İlham Əliyevin Çinə səfəri əhəmiyyətlidir və səfər hər iki ölkənin maraqlarını təmin edəcəyinə inanıram.Çin iqtisadi inkişaf baxımından və imkanlar,resurslar və perspektivlər baxımdan ölkəmiz üçün çox faydalı ölkədir. Dünyada baş verən mürəkkəb hadisələr fonunda, istər siyasi istərsə də iqtisadi baxımdan Çinin ağırlığı və bu istiqamətdə yürütdüyü siyasəti məhz Azərbaycanın beynəlxalq aləmdə yürütdüyü siyasətə tam olaraq uyğundur.Bu Cənubi Qafqazda sabitliyə,inkisafa xidmət göstərən siyasətdir.Azərbaycan və ÇXR qarşılıqlı olaraq irəli sürülən beynəlxalq lahiyələri dəstəkləyir və bu lahiyələrin həyata keçirilməsi istiqamətində iştirak edirlər.Azərbaycan prezidenti cənab İlham Əliyevin Çinə səfər etməsiylə iki ölkə arasında əlaqələrin daha da inkişaf edəcəyini xüsusi olaraq qeyd etmək istəyirəm və səfər, Cənubi Qafqazın xüsusilə də ölkəmizin rolunun dunyada artacağına öz təsirini göstərəcəyinə inanıram".
Anar Əliyev