Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanda müxalifət Azərbaycanla sülhə qarşı çıxır

Ermənistanda müxalifət Azərbaycanla sülhə qarşı çıxır


"Ermənistan parlamentində keçmiş prezident R. Koçaryanın tərəfdarlarından ibarət "Ermənistan" bloku parlamentə qondarma erməni soyqırımının inkarina görə cinayət məcəlləsi nəzərdə tutan qanun layihəsini təqdim edib. Hakim "Mülki Müqaviləsi" partiyasının deputatları buna sərt reaksiya verib. Tərəflər arasında əlbəyaxa dava olub".

Newscenter.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, müxalifətin belə bir qanun layihəsini təqdim etməsi əsasən N. Paşinyanın Türkiyə ilə normallaşma prosesinə zərbə vurmaq planıdır:

"N. Paşinyan Türkiyə ilə normallaşma prosesində soyqırım məsələsindən imtina edir. Həmçinin, belə bir soyqırımı sual altına alır. Müxalifətin təşəbbüsü isə Ermənistan Azərbaycan arasında danışıqlar prosesini sabotaj edir. Müxalifət bununla bağlı 2026-ci seçkilər öncəsi N. Paşinyan "soyqırımdan imtina" edir təbliğatı qurur.

Göründüyü kimi, revanşist müxalifət öz siyasətindən əl çəkmir və onların hakimiyyətə gəlməsi regionda yeni hərbi eskalasiyaya gətirib çıxara bilər".

Süleyman
Xəbəri paylaş