Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fəaliyyətində nöqsanlar olan dövlət qurumlarının rəhbərləri Milli Məclisə dəvət edilsin

Fəaliyyətində nöqsanlar olan dövlət qurumlarının rəhbərləri Milli Məclisə dəvət edilsin


Hesablama Palatasının auditləri zamanı fəaliyyətində nöqsanlar aşkar edilmiş dövlət qurumlarının rəhbərləri Milli Məclisə dəvət edilsin və deputatlar qarşısında hesabat versinlər.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Razi Nurullayev parlamentdə Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun hesabatını şərh edərkən səsləndirib. Millət vəkili deyib ki, fəaliyyətində nöqsanlar aşkar edilən qurumlar dövlət büdcəsindən əlavə xərcləmələrə hara sərf etdiklərinin açıqlamasını verməli, şəffaflığı qorumalıdırlar:

"Hesab edirəm ki, belə hallara qarşı ciddi ölçü götürülməlidir. Mən demirəm ki, onları həbsə ataq, yaxud daha ağır cəzaya məhkum edək. Sadəcə müəyyən tədbirlər görülməlidir ki, gələcəkdə bu kimi mənfi hallar təkrarlanmasın".

Süleyman
Xəbəri paylaş