Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pezeşkianın Azərbaycana səfəri tarixi xarakter daşıyacaq

Pezeşkianın Azərbaycana səfəri tarixi xarakter daşıyacaq


"İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana gözlənilən səfərinin baş tutacağı tarix bəlli olub. Bu səfər tarixi xarakter daşıyacaq".

Newscenter.az xəbər verir ki, bu fikirləri ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov səsləndirib.O deyib ki, məsələ Azərbaycan və İran dövlətlərinin dövlət başçılarının görüşü kontekstindən çox iki azərbaycanlı liderinin görüşü kimi xarakterizə olunsa daha doğru olar:

"Bu məsələ İranın şovinist dairələrini narahat edən məsələ olsa da, görüşün baş tutacağı durumda veriləcək mesajlar daha böyük əhəmiyyət kəsb edəcək. Azərbaycan dilində şer deyilməsinə dözümsüz yanaşan fars şovinistləri bu görüşü də böyük ehtimalla istəmirlər".

Azər Qasımov hesab edir ki, görüş zamanı imzalanacaq sənədlər arasında Cənubi və Şimali Azərbaycanın milli maraqlarına uyğun olan məsələlər də olacaq:

"İran və Azərbaycan dövlətləri arasında mövcud olan pərdəarxası gərginliyin bu görüş müddətində və sonrasında aradan qaldırılması ümidləri ilə görüşün nəticələrini gözləyəcəyik. Azərbaycan dövləti hər zaman İran dövlətinin maraqlarına uyğun addımlar atıb. İran tərəfində olan münasibət isə buna adekvat olmayıb. Odur ki, ümid edirik ki, bu görüşdən sonra münasibətlərdəki qaranlıq məqamlara aydınlıq gətirmək mümkün olacaq".

Süleyman
Xəbəri paylaş