Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə ABŞ üçün İsraildən az əhəmiyyət kəsb etmir

Türkiyə ABŞ üçün İsraildən az əhəmiyyət kəsb etmir


"ABŞ-a səfəri zamanı Türkiyəni Suriyadakı siyasətindən dolayı Trampa şikayət edən İsrail baş naziri Netanyahu, əslində Ağ Ev rəhbərinin bu məsələdə nə qədər haqlı olaraq soyuqqanlı davranışlarını bir siyasət adamı kimi öncədən bilməli idi. Çünki, Yaxın Şərqdə Türkiyənin rolu və əhəmiyyəti, həmçinin istər siyasi, istərsə də hərbi cəhətdən olsun, ABŞ üçün heç də İsraildən az kəsb etmir".

Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, Türkiyənin bu coğrafiyada İran və yaxud da digər ölkələrlə, hər sahədə və hər məsələdə müqayisə olunması, naşılıqdır:

"İsrailin Yaxın Şərqdə Türkiyəsiz nəyəsə nail olmaq şansı yoxdur. İsrailin siyasi hakimiyyəti məhz bu səbəbdən böyük səhvlərə yol verir. Doğrudur, o bunu ABŞ-ı arxasında saxlamaqla nail olmağa çalışır, amma görünən odur ki, buna rəğmən belə heç bir şey əldə edə bilmədi. Bu baxımdan İsrail Türkiyə ilə ortaq məxrəcə gəlməyə məcburdur".

Ekspert qeyd edib ki, Bakıda keçirilən Türkiyə və İsrail arasında görüş bunun başqa yolu olmadığını sübut edir:

"İsrail baş nazirinin ABŞ-da Trampla görüşünün təəsüratı məhz heç bir diplomatiya tanımayan İsrail hökumətini Bakıda, Türkiyə ilə masaya oturmaq məcburiyyətində qoydu. ABS, böyük ehtimalla İsrail hökumətinə "özünüzü daha da çətin vəziyyətə sala bilərsiniz" xəbərdarlığı edib və xüsusilə də Türkiyəyə qarşı gərginlik yaratmamağı tövsiyə edib".

Anar Əliyev
Xəbəri paylaş