Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukrayna güclü silah sənayesi dövlətinə çevrilə bilər

Ukrayna güclü silah sənayesi dövlətinə çevrilə bilər


"Ukraynaya bu dövrdə müharibənin davam etməsi artıq, elə də xüsusi qorxu, risk yaratmır. Həmin çətin dövrü keçiblər. Ukrayna bir ölkə və bir xalq kimi artıq, müharibə reallığı, şəraitinə alışıb, mübarizliyi bərkiyib, ordusunun döyüş təcrübəsi, silah istehsalı artır".

Newscenter.az xəbər verir ki, bunu siyasi şərhçi İlqar Altay deyib. O bildieib ki, Ukraynanın, arxa cəbhədə "məxfi" silah itehsalı infrastrukturu sürətlə qurulur:

"Hətta, Avropadan, ABŞ-dan, bir sıra orta gücdə silahların alınması ehtiyacı arxada qalmaqdadır. Artıq, cəbhə üçün silahların 40%-i Ukraynada hazırlanır. 6 ay əvvəl bu 30%-idi. Özünü-təchiz yüksəlir".

İlqar Altay deyib ki, Avropa da buna çox diqqət və dəstək verir:

"Məqsəd isə odur ki, Uraynada müasir silah istehsal infrastrukturları kifayət dərəcədə yaranıb, işə düşsün. Bu ilin sonuna, Ukraynada cəbhə üçün əksər silahların istehsalı səviyyəsinə çatma nəzərdə tutulur. Hətta, uzaqmənzilli ballistik raketlərin istehsalı da istisna edilmir.

Ukraynada artıq: "Bizə silah verin!" şüarını "Biz silahımı özümüz düzəldək!" şüarı ilə əvəz etmə tendensiyası gedir. Bu gedişatla Ukrayna güclü silah sənayesi dövlətinə çevrilə, az vaxtda Rusiya "hərbi maşını" ilə baş-başa dayana bilər. Məhz bu güc amili də Rusiyanı sülhə sövq edər".

Anar Əliyev
Xəbəri paylaş