
"Daşnaklar “ənənəyə” sadiq qalaraq yenə İrəvanın mərkəzində Azərbaycanın və Türkiyənin bayraqlarını yandırıblar və bu vandalizm aktı sosial şəbəkələrdə geniş yayılıb".
Newscenter.az-ın xəbərinə görə, politoloq Elxan Şahinoölu deyib ki, Ermənistan Azərbaycanla sülh sazişi imzalananadan sonra da İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırılacaqsa, sülh kağız üzərində qalacaq:
"Bu necə sülh olacaq ki, sülh istədiyin ölkələrin bayraqları mərkəzi meydanda yandırılacaq və polis buna seyrçi qalacaq. Baş nazir Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə sülh və əməkdaşlıq istəyirsə, radikal qüvvələrin bayraq yandırılmasının qarşısını almalıdır. O polisə belə bir əmr vermək istəmirsə, demək daşnaklardan elə böyük fərqi yoxdur".
Anar Əliyev