
"Azərbaycanın dünya siyasi arenasında uğurları davam edir. Prezident İlham Əliyevin Çinə dövlət səfəri dünya nizamının yenidən yaranması dövründə mühüm əhəmiyyət kəsb edir. Çin lideri Si Tsinpinin də dediyi kimi Azərbaycanla birlikdə dünya nizamının formalaşmasında iştirak edə bilərik. Bu, çox böyük məna daşıyan fikir olmaqla yanaşı, Azərbaycanın geosiyasi nüfuzunun göstəricisi kimi bir çox dairələrə verilən mesajdır".
Newscenter.az xəbər verir ki, bu fikirləri ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov səsləndirib. O deyib ki, ölkələrin ərazi baxımdan böyüklüyü hələ onun güclü olması anlamına gəlmir:
"Azərbaycanı bu steteotipi sındıran nadir dövlətlərdən biridir. İmzalanmış sənədlərin mahiyyəti də onu göstərir ki, iki ölkə bundan sonra daha böyük əzmlə qarşılıqlı fəaliyyətdə israrlıdırlar və beynəlxalq məsələlərin həllində birlikdə fəaliyyət göstərməkdə qərarlıdırlar".
Azər Qasımov hesab edir ki, Azərbaycan Prezidentinin Çin səfəri ölkəmizin siyasi tarixində yeni dövr açır:
"Azərbaycan artıq tək regional proseslərin yox, beynəlxalq təhlükəsizliyin mahiyyətcə mərkəzi ölkəsinə çevrilir. Bu, özünü ilk növbədə nəqliyyat dəhlizlərinə verdiyi önəmi ilə dünya nizamına gətirdiyi tarazlıq baxımından əhəmiyyət təşkil edir".
Süleyman